Bakının Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 25 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
İki avtomobilin toqquşması nəticəsində sərnişin, 48 yaşlı Rauf Yusubov xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hazırda araşdırmalar aparılır.