Bakı metrosunda sərnişin qatar xəttinə düşüb. Bu haqda bu gün, 20 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Metropolitenin "Nəriman Nərimanov" stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq səbəbindən stansiya yoluna düşüb.
Normativ tələblərə uyğun olaraq dərhal yüksək gərginlik çıxarılıb, təcili tibbi yardım dəvət olunub. Sərnişin stansiya yolundan çıxarılıb. Kişiyə ilkin yardım göstərilib və o, aidiyyəti üzrə tibb müəssisəsinə aparılıb.