Nərimanov rayonunda ayaqqabı mağazası yanıb. Bu haqda bu gün, 23 fevral tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Koroğlu Rəhimov küçəsində yerləşən “Lutvelizade” ayaqqabı mağazasında baş verib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.
[video width="448" height="848" mp4="https://bakuplus.az/wp-content/uploads/2024/02/img_4255.mp4"][/video]