Bakının Nərimanov rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 27 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma metronun “Koroğlu” stansiyası yaxınlığındakı açıq ərazidə qeydə alınıb. Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.
Əlavə məlumat veriləcək.