Bakının Ziya Bünyadov prospektində avtomobil kənarda park olunan nəqliyyat vasitəsinə çarpılıb. Bu haqda bu gün, 18 iyun tarixində Bakuplus.az Avtosfer-ə istinadən məlumat verir.
Yüksək sürətlə hərəkət edən “Mercedes” markalı minik avtomobili yol kənarında olan “VAZ-2104” markalı avtomobilə çarpılıb. Nəticədə parklanmış avtomobil iki hissəyə bölünüb.
“Mercedes”in sürücüsünün sözlərinə görə, o, çəkələk geyindiyi üçün ayağı qaz pedalına ilişib, bu səbəbdən də o, idarəetməni itirib.
Hadisə zamanı xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.