Bakının Nərimanov rayonunda oğurluqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 11 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata əsasən, yanvarın 9-da rayon ərazisində rabitə naqili kəsilərək oğurlanıb.
Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Şahin Gözəlov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.