Bakının Nərimanov rayonunun Əhməd bəy Ağaoğlu küçəsindəki ağacların dibi asfatlanıb. Bu haqda bu gün, 27 iyul tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Ərazidə asfaltlanma işləri aparılan zaman ağacların dibləri də asfaltlanıb.
Ağaclarla bağlı Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən verilən məlumata görə, əraziyə əməkdaşlar cəlb olunublar. Ağacların dibi asfaltdan təmizlənib və onlara qulluq göstərilib.
Bundan əlavə, həmin ərazidə yolun kənarındakı səkidə çəpər çəkilməsi səbəbindən piyadaların istifadəsi üçün yer az qalıb.
Səki ilə əlaqədar isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) müraciət edilib.