Bakının Nərimanov rayonu, Heydər Əliyev prospektində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 2 avqust tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
28 yaşlı Rəfael Ələkbərov "BMW" markalı avtomobili idarə edərkən yolu keçmək istəyən 78 yaşlı Lidiya Penkovanı vurub. Piyada aldığı xəsarətlərdən yerindəcə keçinib.
Hadisə ilə bağlı cinayət işi açılıb, fakt araşdırılır.