Bakının mərkəzində yol qəzası baş verib. Bu haqda bu gün, 23 sentyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə Heydər Əliyev mərkəzində baş verib. “Opel” markalı minik avtomobili hərəkətdə olan zaman idarəetmədən çıxıb və arakəsmə olan beton maneəyə çarpılaraq yolun əks istiqamətinə düşüb. Nəticədə sürücü xəsarət alıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_114186" align="alignnone" width="640"] Foto APA[/caption]