Nərimanov rayonu, Heydər Əliyev prospektində yük maşını qəzaya uğrayıb. Bu haqda bu gün, 28 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
“Prius” markalı nəqliyyat vasitəsi hərəkətdə olan zaman eyni istiqamətdə gedən iritonnajlı yük avtomobilinə çarpılıb. Nəticədə minik maşınına ciddi ziyan dəyib. Ərazidə tıxac yaranıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.