Heydər Əliyev prospektində sıxlıq müşahidə olunur. Bu haqda bu gün, 19 yanvar tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir.
Prospektin "ASK Arena"nın qarşısına düşən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Bu səbəbdən metronun "Koroğlu" stansiyası istiqamətində həm əsas, həm də köməkçi yolda sıxlıq yaranıb.
Sürücülərdən diqqətli olmaları xahiş olunur.