Mikroavtobusdakı yanğın səbəbindən tətbiq edilən məhdudiyyət aradan qaldırılıb.
13:54 - Heydər Əliyev prospektində mikroavtobus yanıb.
Nərimanov rayonu, Heydər Əliyev prospektində nəqliyyat vasitəsi alışıb. Bu haqda bu gün, 18 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə “Excelsior” hotelinin qarşısında baş verib. “Mercedes” markalı mikroavtobusun mühərrik və salon hissələri yanıb.
Bu səbəbdən metronun "Koroğlu" stansiyası istiqamətində avtomobillərin hərəkətinə qısamüddətli məhdudiyyət tətbiq edilib.