Nərimanov rayonunda daha bir yol qəzası baş verib. Bu haqda bu gün, 15 avqust tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Heydər Əliyev prospektində baş verib. “Toyota” markalı nəqliyyat vasitəsinin sürücüsü hərəkətdə olan zaman öncə piyada zolağından keçən polis əməkdaşını vurub, daha sonra DYP avtomobilinə çarpılıb. Nəticədə polis əməkdaşı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Təfərrüatlar araşdırılır.
[caption id="attachment_109470" align="alignnone" width="640"] Foto APA[/caption]