Bakının Nərimanov rayonunda yol qəzası baş verib. Bu haqda bu gün, 11 aprel tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Qəza Heydər Əliyev prospektində qeydə alınıb. “Ford Mustang” markalı avtomobil “Nissan” markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Hadisə nəticəsində hər iki avtomobilə ciddi maddi ziyan dəyib. Əraziyə polis əməkdaşları cəlb olunublar. Qəzaya uğrayan avtomobillər yoldan götürülüb.
Faktla bağlı araşdırma aparılır.