Nərimanov rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 12 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Dərnəgül yaşayış massivində baş verib. Burada yerləşən və hazırda fəaliyyət göstərməyən zavodun ərazisində müxtəlif tərkibli tullantılar 50 kv.m sahədə yanıb.
Ərazidəki tikililər və 4 ədəd qaz balonu yanğından mühafizə olunub.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.