Bakının Nərimanov rayonunda yerləşən Dədə Qorqud parkında intihara cəhd hadisəsi baş verib. Bu haqda bu gün, 13 iyul tarixində Bakuplus.az 1News-a istinadən məlumat verir.
Şahid olan xanımın sözlərinə görə, sərxoş vəziyyətdə olan kişi ona sənədləri və pulqabısını tapşırıb, gölməçəyə tullanaraq özünə qəsd etməyə çalışıb.
“Mən dərhal polisə müraciət etdim. Hadisə yerinə polis əməkdaşları gəlib, kişini gölməçədən çıxararaq bölməyə aparıblar”, – deyə o əlavə edib.