Bakının Nərimanov rayonu, “Baksol” yolunda bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 10 noyabr tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
Hadisə “Xarıbülbül” restoranının qarşısında baş verib. 33 yaşlı Orxan Babayev əlbəyaxa dava zamanı tanışı tərəfindən bıçaqlanıb.
Kişi xəstəxanaya aparılıb, onun vəziyyəti orta ağır kimi qiymətləndirilir. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.