Əhməd Rəcəbli küçəsində yerləşən yataqxana binasında qeydə alınan yanğının təfərrüatları bəlli olub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, hadisə beşmərtəbəli yataqxana binasının ikinci mərtəbəsində qeydə alınıb. Ümumi sahəsi 16 kv.m olan 1 otaqlı mənzilin (yaşayış olmayan) yanar konstruksiyaları, dəhlizə yığılan ev əşyaları 12 kv.m sahədə, həmçinin 1 ədəd pəncərə çərçivəsi və digər iki mənzilin qapıları yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
16:17 - Bakının mərkəzində yanğın olub
Nərimanov rayonunda yanğın olub.
APA xəbər verir ki, hadisə Əhməd Rəcəbli küçəsində yerləşən yataqxana binasında qeydə alınıb.
Fövqəladə Hallar Nazirlyinin (FHN) əməkdaşları hadisə yerinə cəlb olunublar. Yanğın söndürülüb.