Nizami və Nərimanov rayonlarında avtomobillərdən oğurluqlar edilib. Bu haqda bu gün, 18 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Əvvəllər məhkum olunmuş Alim Mahmudov ayrı-ayrı vaxtlarda 4 avtomobili talayaraq pul vəsaiti, mobil telefonlar, şəxsi əşyalar və nəqliyyat vasitələrinin ehtiyat hissələrini oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Araşdırma zamanı onun paytaxtdakı mağazada quraşdırılan ödəmə terminalındakı pulu, eləcə də 1 ədəd velosiped oğurladığı məlum olub.
Araşdırmalar davam edir.