Bakının mərkəzi yollarında təmir işləri ilə əlaqədar tıxac yaranıb. Bu haqda bu gün, 9 aprel tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir.
Nərimanov rayonu, Heydər Əliyev prospekti, Heydər Əliyev Mərkəzinin qarşısında və Ziya Bünyadov prospekti ilə Müzəffər Nərimanov küçəsinin kəsişməsində yolda təmir işləri aparılır. Bu səbəbdən də hər 2 prospektdə, mərkəz və metronun “Koroğlu” stansiyası istiqamətlərində sıxlıq yaranıb.
Sürücülərdən diqqətli olmaları xahiş olunur.
[caption id="attachment_134700" align="alignnone" width="640"] Foto Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi[/caption]