Bakıda həbsxanaya narla birgə narkotik salmaq istəyiblər. Bu haqda bu gün, 8 noyabr tarixində Bakuplus.az Penitensiar Xidmətə istinadən xəbər verir.
Hadisə Nərimanov rayonunda yerləşən 10 saylı cəzaçəkmə müəssisəsindən gedir. Rəşad Cəbiyev həbsdə olan tanışı Rüfət Qubadlını ziyarətə gəlib. Onun gətirdiyi sovqata baxış keçirilən zaman narların arasında gizlədilmiş kağız bükülüdə 0,084 qram heroin aşkar olunub.
Faktla bağlı araşdırmaya başlanılıb.