Bakının Nərimanov rayonunda vətəndaşın bank kartından oğurluq edilib. Bu haqda bu gün, 21 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
İyunun 17-də bir nəfərin bank kartından 628 manatı oğurlanıb. Bununla bağlı Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə məlumat daxil olub.
Keçirilən tədbirlər nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Sərxan Ələkbərov və Mikayıl Haxverdiyev saxlanılıblar. Hadisə araşdırılır.