Paytaxtda oğurluq hadisəsi baş verib.
Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, rayon ərazisində yerləşən oyun zalında bir nəfərin mobil telefonu oğurlanıb.
Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 21 yaşlı N.Məmmədov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.