Bakının “Nərimanov” metro stansiyasının yaxınlığında nasaz vəziyyətdə idarə edilən avtobusun görüntüləri sosial şəbəkələrdə yayılıb. Bu haqda bu gün, 31 iyul tarixində Bakuplus.az Avtosfer-ə istinadən məlumat verir.
67 saylı xətt üzrə fəaliyyət göstərən 90-MO-165 qeydiyyat nişanlı avtobusda tüstülənmənin baş verməsinə baxmayaraq, sürücü sərnişinlərlə birgə hərəkətə davam edib.