Bakının Nərimanov rayonunda qaynaqçı yanıq xəsarətləri alıb. Bu haqda bu gün, 1 avqust tarixində Bakuplus.az Apa-ya istinadən məlumat verir.
Ziya Bünyadov küçəsində icarəyə götürdüyü sexdə qaynaq işləri görən zaman 46 yaşlı Elxan Əsgərovun üzərinə benzin tökülüb.
Yaxındakıların köməyi ilə Əsgərov xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.