Paytaxt ərazisində qadının kartından pul oğurlanıb. Bu haqda bu gün, 10 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata əsasən, aprelin 6-da paytaxt sakini olan qadının bank kartından 335 manat oğurlanıb.
Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən A.Hüseynova saxlanılıb.
Araşdırma zamanı onun daha bir nəfərin bank kartından 3853 manat vəsait oğurlaması da məlum olub.
Araşdırmalar davam edir.