Paytaxt ərazisində xəsarətlə nəticələnən yol qəzası baş verib.
APA xəbər verir ki, hadisə Pirallahı rayonunda qeydə alınıb. Belə ki, 42 yaşlı Namiq Cəbrayılov idarə etdiyi motosikleti aşırıb.
N.Cəbrayılov bədənin müxtəlif nahiyələrindən sınıq xəsarətləri alıb.
Yaralı xəstəxanaya yerləşdirilib.