Bakının Pirallahı rayonunda avtomobil qadını vuraraq öldürüb. Bu haqda bu gün, 30 mart tarixində Report məlumat verib.
Hadisə martın 29-u Pirallahı-Qala avtomobil yolunda baş verib. “Dacia Logan” markalı minik avtomobilini idarə edən Əli Həsənov yolu keçən 54 yaşlı Esmira Eyravilovanı vurub.
Zərərçəkmiş 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdılırıb və orada aldığı xəsarətlərdən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.