Paytaxtda oğurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən (DİN) Bakuplus.az-a verilən məlumata görə, bir nəfərin bank kartından 2000 manat oğurlanıb.
Nərimanov RPİ 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayətdə şübhəli bilinən 22 yaşlı K.Əlizadə müəyyən olunaraq saxlanılıb.
Hazırda araşdırma aparılır.