Bakıda güclü külək yaşayış binasının damını uçurub. Bu haqda bu gün, 6 yanvar tarixində Bakuplus.az xəbər verir.
Güclü külək nəticəsində Bakı şəhərinin Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 28-ci məhəllə, bina 4 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının dam örtüyünün bir hissəsi qoparaq asılı vəziyyətdə qalıb.
Dam örtüyünün asılı vəziyyətdə qalmış hissəsi kəsilərək götürülüb.