Paytaxtda yanğın hadisəsi baş verib.
Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb. Ümumi sahəsi 6 kv.m olan metal konstruksiyadan ibarət köşkün taxta üzlüyü yanıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.