Bakı şəhərinin Nərimanov rayonunda yanğın hadisəsi baş verib.
Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, ümumi sahəsi 1500 kv.m olan, bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən, mağazanın anbarının yanar konstruksiyaları 80 kv.m sahədə, içərisinə yığılan fasad materialları, 1 ədəd kondisioner, həmçinin sahəsi 150 kv.m olan tikinti materiallarının satışı mağazasının anbarının dam örtüyünün taxta atmaları 40 kv.m sahədə, zirzəmidə quraşdırılan 3 ədəd elektrik lövhəsində 3 ədəd elektrik sayğacı, 75 ədəd qoruyucu açar və elektrik kabeli yanıb.
Obyektlərin qalan hissəsi və bitişik digər obyektlər yanğından mühafizə olunub. Alov söndürülüb.