Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının damına bərkidilən ötürücü dirək qırılaraq asılı vəziyyətdə qalıb. Bu haqda bu gün, 25 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Hadisə yerinə FHN-in xilasediciləri cəlb olunublar. Xilasedicilər dirəyi müvafiq qaydada götürərək təhlükəni aradan qaldırıblar.