Bakının Nərimanov rayonunda yerləşən avtotəmir sexlərinin birində narkotik vasitələri qəbul edən şaxslər saxlanılıblar. Bu haqda bu gün, 25 noyabr tarixində Bakuplus.az Lent.az-a istinadən məlumat verir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə bir neçə nəfərin qrup şəklində narkotik qəbul etməsi faktı aşkarlanıb. Nəticədə həmin sexin ustası, habelə daha 3 nəfər saxlanılıblar.
Saxlanılan şəxslər arasında yetkinlik yaşına çatmayan qız da var. Onun uşaq evində böyüdüyü deyilir.
Məhkəmənin qərarı ilə onların hər biri “Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə” maddəsi ilə bir neçə sutkalıq həbs ediliblər.