Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Mirzəbala Məmmədzadə və Təbriz küçələrinin kəsişməsində qeydə alınıb.
Belə ki, işıqforla tənzimlənən yol ayrıcında “Hyundai” markalı avtomobili idarə edən Elnur Məmmədov idarəsində olan avtomobili kəsişmədən keçən “Mercedes” markalı nəqliyyat vasitəsinə çırpıb.
Qəza nəticəsində “Hyundai” markalı avtomobil deformasiyaya uğrayıb.
Baş vermiş hadisə ilə bağlı Mirzəbala Məmmədzadə küçəsində sıxlıq yaranıb.
Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
Hazırda araşdırma aparılır.