Paytaxtda yanğın hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Nərimanov rayonunda, Həsənoğlu küçəsində yerləşən 16 mərtəbəli binanın qarajında qeydə alınıb.
Məlumatla əlaqədar əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar.
Yanğın səbəbi ilə bina sakinləri təxliyə edilib.
Məlumata görə, qarajda "Mercedes" markalı minik avtomobili yanıb.