Bakının Nərimanov rayonunda yerləşən evlərin birindən oğurluq edilib. Bu haqda bu gün, 4 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Adıçəkilən rayonda yerləşən evlərin birindən mobil telefon oğurlanıb. Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Ucar rayon sakinləri – Vüqar İslamov və Qulu Lətifov saxlanılıblar.
Aparılan araşdırma zamanı onların daha 8 evdən pul, bank kartı və 9 mobil telefon oğurlamaları məlum olub.
Faktla bağlı araşdırma aparılır.