Bakının 2 fərqli yerində oxşar intihar hadisələri baş verib. Bu haqda bu gün, 30 aprel tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Nərimanov rayonu, F.X.Xoyski küçəsində 37 yaşlı Baba Mahmudov özünü yaşadığı onaltımərtəbəli binanın 11-ci mərtəbəsindən atıb. O, hadisə yerində ölüb.
Oxşar hadisə Nizami rayonu, Q.Qarayev prospektində baş verib. 57 yaşlı Leyli Babakişiyeva özünü yaşadığı binanın 8-ci mərtəbəsindən atıb.
Hər 2 faktla bağlı araşdırma aparılır.