Bakıda 14 yaşlı qızın intihar səbəbi açıqlanıb. İlkin ehtimala görə, o, bu addımı ailədaxili məsələ ilə bağlı atıb. Onun məktəbdə heç bir problemi olmadığı bildirilir.
Faktla bağlı araşdırma başlanıb.
15:44 - Bakıda 14 yaşlı qız intihar edib
Bakının Nərimanov rayonunda yeniyetmə qız özünü binadan atıb. Bu haqda bu gün, 9 yanvar tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
177 saylı orta məktəbin 14 yaşlı şagirdi yaşadığı çoxmərtəbəli binadan özünü ataraq intihar edib.
Faktla bağlı araşdırma aparılır.