Bakıda “Azparking” əməkdaşına qarşı kobudluq edən şəxs həbs olunub. Bu haqda bu gün, 20 aprel tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Hadisə Nərimanov rayonu, Y.V. Çəmənzəminli küçəsində baş verib. “Muzey” hotelində icraçı direktor olan Gəncə şəhər sakini, 30 yaşlı Z.Məmmədov “Azparking” əməkdaşına ödəniş etməyəcəyini vurğulayıb, daha sonra isə onu təhqir etməyə başlayıb.
Z.Məmmədov saxlanılıb, barəsində protokol tərtib edilib və 10 sutka inzibati həbs cəzası verilib.