Paytaxtın prospektlərin birində yol qəzası baş verib. Bu haqda Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən xəbər verir.
Nərimanov rayonu, Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində avtomobillər toqquşub.
Qəza səbəbindən metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb.