Paytaxt ərazisində avtomobil qaçırılıb.
Daxili İşlər Nazirliyindən Bakuplus.az-a daxil olan məlumata görə, Nərimanov rayonu Ə.Orucəliyev küçəsində “Hyundai” markalı avtomobil oğurlanıb.
Polis əməkdaşları keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən İ.Babayev saxlanılıb, həmçinin avtomobil Zabrat qəsəbəsində tapılıb.
Faktla bağlı araşdırma aparılır.