Bakının Nərimanov rayonu, Atatürk prospektində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 2 oktyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma binanın zirzəmisində qeydə alınıb. Yanğının nəticəsində orada yerləşən əşyalar yanıb. Binanın qalan hissəsinə ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.