Bakının Nərimanov rayonunda yerləşən "SS Hall" şadlıq sarayında bədbəxt hadisə baş verib. Bu haqda bu gün, 4 avqust tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
Restoranın ikinci mərtəbəsinin tavanında təmir işləri görən 27 yaşlı Xaliq Mirzəzadə taxta konstruksiyanın üzərindən yerə yıxılıb.
Gənc kişi xəstəxanaya yerləşdirilib. Müayinə zamanı ona ağır kəllə-beyin tramvası diaqnozu qoyulub. Fakt araşdırılır.