Pirallahı rayonunda 15 yaşlı hamilə uşaq abort olunub. Bu haqda bu gün, 15 avqust tarixində Bakuplus.az Baku.ws-ə istinadən xəbər verir.
Bir müddət əvvəl zorlandığı və hamilə qaldığını bildirən azyaşlı bu gün Pirallahı Tibb Mərkəzində abort olunub. Proseduru Ginekologiya Şöbəsinin müdiri Aidə Mirzəməmmədova həyata keçirib.
TƏBİB-dən bildirilir ki, uşaq qanaxma ilə ağır vəziyyətdə xəstəxanaya gətirilib.
“Azyaşlı olduğu üçün hüquq-mühafizə orqanlarına məlumat verilib, müvafiq izahatlar alınıb. Xəstə kafi vəziyyətdə evə yazılıb”, – deyə qurumdan əlavə edilib.
Xəzər rayon Prokurorluğunda araşdırmaya başlanılıb.