Şair, Birinci Qarabağ müharibəsi veteranı Manaf Kərimovun (Yetim Qacar) evini su basıb.
Bu barədə Bakuplus.az-a şairin özü məlumat verib.
Xocasən qəsəbəsi, Məktəb yolu adlandırılan ərazidə yaşayan şair bildirib ki, bundan əvvəl də bir neçə dəfə eyni vəziyyətlə üzləşib. Yağış yağan kimi evi “hovuz”a çevrilib. O, dəfələrlə müvafiq qurumlara müraciət etsə də, heç bir nəticəsi olmayıb.