top
Yayılan virus COVID imiş: RƏSMİ AÇIQLAMA
02 iyul 2025, 14:02
- +

Yayılan virus COVID imiş: RƏSMİ AÇIQLAMA

Əhali arasında son günlər qrip simptomlarına bənzər virus yayılıb. Bu xəstəlik yüksək hərarət, boğazda ağrı, halsızlıq, burun axması, tutulması və bir sıra əlamətlərlə xarakterizə olunur.

Bəs, görəsən, adını qoya bilmədiyimiz və ağır göstəricilərlə keçirilən xəstəlik əslində nədir? Onun ciddi fəsadları ola bilərmi?

Lent.az-a Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov açıqlamasında bildirdi ki, hazırda Azərbaycanda COVID-19 infeksiyasının "Omikron" ştamı mövcuddur:

“Azərbaycanda, həm də bir çox digər ölkələrdə COVID-19 infeksiyasının "Omikron" variantının bəzi altnövləri hələ də dövriyyədədir. Bu ştamlar yüksək yoluxuculuq qabiliyyətinə malik olsa da, sağlam və immun sistemi normal olan insanlarda xəstəlik əsasən yüngül keçir və bir neçə gün ərzində sağalma ilə nəticələnir. Risk qrupuna aid olan şəxslərdə isə xəstəliyin ağır keçməsi mümkündür.

Yüksək hərarət, boğaz ağrısı, burun axması və ya tutulması, öskürək, oynaq və əzələ ağrıları ilə müşahidə olunan hallar isə əksər hallarda müxtəlif respirator virus infeksiyaları ilə bağlıdır. Bu viruslar əsasən hava-damcı yolu ilə yayılır və xüsusilə insanların sıx toplaşdığı məkanlarda sürətlə yoluxma halları baş verir.

Bu cür simptomlarla müşahidə olunan infeksiyalar çoxdur və onların gedişatı şəxsin fərdi xüsusiyyətlərindən – xüsusilə immun vəziyyətindən asılı olaraq dəyişə bilər.

İnfeksiyalardan qorunmaq üçün ən effektiv yol – hava-damcı yolu ilə yayılan xəstəliklərə qarşı standart gigiyenik və profilaktik tədbirlərə əməl etməkdir. Bu tədbirlərə maskadan istifadə, əllərin mütəmadi yuyulması, qapalı və izdihamlı məkanlardan uzaq durmaq kimi tədbirlər daxildir”.

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər