Bakıda bədbəxt hadisə nəticəsində ölən şəxs qiraətçi imiş.
Qafqazinfo.az məlumat yayıb ki, Yasamal rayonu Akim Abbasov küçəsində dəm qazından boğularaq ölən Şəhruz Faiq oğlu Tapdıqov “Youtube”da müxtəlif şairlərin şeirlərini səsləndirirmiş.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
***
Yasamalda kişi dəm qazından boğularaq ölüb.
Musavat.com xəbər verir ki, hadisə rayonun Akim Abbasov küçəsi ev 7, mənzil 5-də baş verib.
Həmin mənzildə yaşayan Şəhruz Tapdıqov evin hamam otağında yuyunarkən dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.