Xocalı prospektində yol hərəkəti yenidən təşkil edilib.
Bakuplus.az Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, Xocalı prospekti ilə hərəkət edən nəqliyyat vasitələrinin Yusif Səfərov küçəsi ilə kəsişmədən birbaşa sola hərəkət təmin olunub.
Dəyişikliklər nəticəsində nəqliyyat vasitələrinin, həmçinin marşrut avtobuslarının izafi yürüşü 1300 m qısalıb. Beləliklə, 8 marşrut üzrə (4, 10, 21, 30, 32, 46, 49 və 120 nömrəli) 140-dan artıq avtobusun hərəkət sxemi dəyişdirilib.
[caption id="attachment_146778" align="alignnone" width="300"] Foto AYNA[/caption]