Son günlər Abşeron və Xırdalan ərazisində suyun verilməsində məhdudiyyətlər olub.
Bakuplus.az xəbər verir ki, bu barədə sakinlər sosial şəbəkələrdə paylaşım edib.
Məsələ ilə bağlı “AzərSu” Bakuplus.az-ın sorğusuna cavab olaraq bildirib ki, magistral su kəmərində qəza baş verməsi səbəbilə bir neçə gündür ki, Xırdalan da daxil olmaqla bəzi ərazilərdə suyun verilməsində fasilələr yaranıb:
“Təmir və bərpa işləri yekunlaşmaq üzrədir. Suyun qeyd olunan ərazilər üzrə verilməsi hazırda qrafik rejimi ilə tənzimlənir”.
Fidan İlqar